Fiqh Elmi
Fiqh elmi üsul ve füru olmaqla iki qisimdir. Üsuli-fıqh, İslam hüququnun metodologiyası, yəni dini-əməli hökmlərin çıxarıldığı mənbələr, hökmlər, hökmlərin dəlillərdən çıxarılma qaydaları və ictihad olmaqla dörd qisim; fürui-fıqh isə, ibadətlər və müamilələr olmaqla iki qisimdir. Əsər on altı bölmədən ibarətdir:
Birinci bölmədə fiqh elmi; İkinci bölmədə fiqh elminin təşəkkül tarixi; Üçüncü bölmədə fiqh üsulu və ictihad; Dördüncü bölmədə fiqhi hökmlərin mənbələri; Beşinci bölmədə mükəlləf və onun vəzifələri; Altıncı bölmədə təmizlik; Yeddi, səkkiz və doqquzuncu bölmələrdə namaz, namaz vaxtları, namazların qılınışı və namazla bağlı digər məsələlər; Onuncu bölmədə oruc; On birinci bölmədə zəkat və sədəqə; On ikinci bölmədə həcc və ümrə; On üçüncü bölmədə qurban; On dördüncü bölmədə İslam ailə hüququ; On beşinci bölmədə İslamda ticarət; On altıncı bölmədə halal və haramlar.