Fiqh Üsulu
Tarix boyunca bəşəriyyətin hüquq və hüquq normaları ilə məşğul olması ilə yanaşı hüququ ilk dəfə bir “elm” kimi ələ alma şərəfinin müsəlman alimlərə aid olduğu bir həqiqətdir. Həqiqətən hüquq fəlsəfəsi və hüquq metodologiyasının bir çox məsələlərini öz əhatəsinə daxil edərək dünya hüquq ədəbiyyatı içində orijinal bir mövqe tutan fiqh üsulu, İslam elmləri arasında da mühüm bir mövqeyə sahibdir. Kitab, giriş və dört fəsildən ibarətdir. Girişdə fiqh üsuluna dair ümumi məlumat verilmişdir. Birinci fəsildə fiqh üsulunun əsas mənbələrindən, yəni əsli və fəri dəlillərdən bəhs olunmuşdur. İkinci fəsildə hökmlər, üçüncü fəsildə ləfzlər və dəlillərin təzadı, nəhayət dördüncü fəsildə isə ictihad, təqlid və təlfiq mövzuları incələnmişdir.