Hacı Zeynalabdin Tağıyev
Vəqf; “İnsanların və məxluqatın faydalanmaları üçün bir malı Allahın mülkü hökmündə düşünərək əbədi olaraq alış, satış, girov, hədiyyə, vəsiyyət, miras kimi təmlik və təməllük ilə nəticələnəcək hər cür hüquqi hökmün xaricinə çıxararaq təsis edilməsidir.
Vəqf müəssisələşmiş bir kömək anlayışını ifadə edər. Vəqf yaradandan ötəri yaradılana mərhəmət, şəfqət və sevginin müəssisələşdiyi yerdir”. İslam inancına görə “kainatda hər şey fani olub tək Allah Baqidir Mütləq hakim Odur Mülk Onundur.”
Allah bütün varlığı əhatə etdiyi üçün Onu sevən yaratdıqlarını; insanları, heyvanları, bitkiləri hətta cansız varlıqları da sevər. Bu sevgi Allahın canlılara bağışladığı həyatı müqəddəs etmişdir. Bu da “əməldən sevgiyə qədər” bir çox şeydə fədakarlıq tələb edir.