İslam Tarixi - 1

     Allah-Təalaya həmd, insanlara qurtuluş yolunu göstərmiş olan elçiləri əziz peyğəmbərlərinə salat və salam olsun! İnsanlar arasında ən müqəddəs vəzifəni peyğəmbərlərin icra etdiyi şüphəsizdir. Çünki onlar, Allaha qulluq üçün yaradılmış insanlara dünya həyatında tabe olmaları lazım olan qaidə və qanunları öyrədərək, onları Allahın nurlu yoluna çatdırmışlar. Bu sayədə onların həm bu dünyada, həm də əbədi axirət aləmində həqiqi xoşbəxtliyi əldə etmələrinə imkan hazırlamışlar. Kitabın bu cildində cahiliyyə dövrü, ərəbistan yarımadasındakı siyasi, mədəni, iqtisadi və sosial həyat, Peyğəmbər əfəndimizin doğumu, gəncliyi, evliliyi, nübüvvət, peyğəmbərliyin Məkkə və Mədinə dövrü və Peyğəmbərimizin vəfatı mövzuları işlənmişdir.