
İslam Tarixi - 2
Cəmiyyətlərin məqsədləri nə olursa olsun, keçmiş hadisələrin öyrənilməsi, itirilmiş dəyərlərin araşdırılması və onların gələcək nəsillərə aşılanması çağdaş dünyamızda hər bir azərbaycanlının mənəvi borcudur . Çox təəssüf ki bəzi zamanlarda dünyada baş vermiş tarixi həqiqətlərin təhrif edilməsi ilə mənafe əldə etməyə çalışan çevrələrin başlatdıqları təbliğatlar uydurma xarakteri olsa da , müəyyən bir zaman yaddaşlarda iz qoya bilmişdir. Kitabın bu cildində Xüləfayi Raşidin, Əməvilər, Abbasilər dövrü, Səlcuqlu və Səfəvilər dövlətləri və Osmanlı İmperiyası ətraflı şəkildə işlənmişdir.