Qurani-Kərimin Təcvidi

Hər müsəlman Rəbbi tərəfindən ona göndərilmiş ilahi vəhyə qulaq verməli və Allahın kəlamını öyrənməyə səy göstərməlidir. Bunun ilk mərhələsi isə Qurani-Kərimi düzgün oxumağı öyrənmək və onun əhkamına tabe olmaqdır. Quranı bütün təcvid qaydalarına uyğun olaraq qüsursuz bir şəkildə oxumaq bu işin mütəxəssislərinə vacibdir. Ancaq hər müsəlman Quranın əsas qaydalarını öyrənərək onu xətasız oxumağa çalışmalıdır. Çünki ibadətlərdə oxunacaq Quran tilavətinin səhih olması şərtdir. Uca Allah Quranın düzgün oxunmasını istəyir. “Quranı aram-aram, tərtillə oxuyun”, buyuraraq bunu bizə bildirmişdir. Məşhur qiraət alimi İbnül-Cəzəri “Müqəddimə” adlı əsərində belə deyir: “Kim məsuliyyətsizliyi səbəbilə Quranı t əcvidlə oxumaz və onu təcvidlə oxutmazsa günahkardır. Çünki Quran Allah tərəfindən belə endirilmiş v ə bu şəkildə bizə çatdırılmışdır”. Odur ki, hər bir Quran tələbəsi Quranı necə və hansı üsullara görə öyrənməsini bilməlidir.