Sərf

Yetmiş illik həsrətdən sonra minarələrimizi əzanlı, evlərimizi Quran sədalı, dillərimizi dualı, qəlblərimizi xatircəm, gözlərimizi nurlu edən Uca Allaha nə qədər həmd etsək azdır. Xüsusilə son on illikdə dəstə-dəstə islamla şərəflənən, Allah deyən, Həzrət Mühəmmədi tanıyan, sevən və onu başının tacı edən gəncliyimizi gördükcə tüklərimiz ürpərir, ümid göz yaşları axıdırıq. İslamla şərəflənən hər kəs az-çox ərəb dilini öyrənməyə çalışır. Quranı düzgün oxumağın, namazı doğru qılmağın yolu ərəb dilini öyrənməkdən keçir. Həmçinin ilahiyyata meyl edən və yaxşı bir ilahiyyatçı olmağı qarşılarına məqsəd qoyanlar ərəb dilini dərindən mənimsəməyə çalışırlar. Bu iki fakt əsas götürülərək “Sərf” adlı kitab hazırlandı.