Tariximizin Dahiləri
Tarix mədəniyyətimizin xariqüladə inkişaf səhnələri ilə dolu-dur. İnancımızın həssas süzgəcindən keçərək bu günlərə gələn mədəniyyətimiz insanlığa bəxş etmiş olduğu bu yeniliklər və in-sanlığın xeyrinə ortaya qoyduğu baxış bucağı ilə zaman və məkan müstəvisində gerçəkləşmiş, bununla birlikdə ruh, qəlb, vicdan və ağılı, demək olar ki, yenidən şəkilləndirmişdir. Bu mükəmməl dəyişiklik və yeniliklərin gətirdiyi böyük müvəffəqiyyətlər adət-ənənə və mədəniyyətimizin birləşdirici və qucaqlayıcı yönü ilə böyük bir coğrafiyaya yayılmasına qapı açmışdır.