
İrfan - 18
İrfan jurnalı 2005-ci ilin yanvar ayından etibarən nəşr həyatına başlamışdır. Jurnalın əsas hədəfi cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğidir. Eyni zamanda ədəbi-elmi yazıların da nəşr olunduğu jurnal Azərbaycan mətbuatında özünəxas yerə sahibdir. Jurnalın hər sayında bir-birindən maraqlı və cəmiyyət üçün faydalı mövzular işlənir. Köşə yazarları ana mövzuya fərqli aspektdən yaxınlaşaraq mövzuları geniş işləyirlər. İrfan jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İlk dəfə 3 ayda bir, sonra iki ayda bir periyodla nəşr olunan jurnal 2008-ci ilin yanvar ayından etibarən hər ay oxucularla görüşə gəlir. Əsasən abunə üsulu ilə oxucuya çatdırılır. “İrfan” Azərbaycan Mətbuat Şurasının üzvüdür.