Sağlamlıq, Gigiyena Və İlk Yardım

Təmizlik insan övladının fitri xüsusiyyətidir. İnsan daim təmiz olmaq istəyir və təmiz qalmağa məcburdur. Ona görə ki, yalnız bu şəkildə insan rahat və sağlam ola bilər.
Tarix boyu müxtəlif mədəniyyətlərə mənsub olan insanların təmizliklə bağlı müxtəlif adət-ənənələri, vərdişləri olmuşdur. Düzünü desək, heç bir dində təmizlik məfhumu, sonuncu və ən müqəddəs din sayılan İslam dinində təbliğ olunan təmizlik anlayışıyla müqayisə ediləcək səviyyədə deyil. Təkcə bədənini deyil, evini, şəhərini və qəlbini də tərtəmiz saxlamağa çalışmaq, müsəlmanlar üçün vacib sayılan əməllərdəndir və müqəddəs bir ibadət hesab olunur.


Read In Other Languages

ARABIC
ENGLISH
FRENCH