
Bizim Ailə - 32
Bizim Ailə jurnalı 2008-ci ilin yanvar ayından etibarən nəşr həyatına başlamışdır. Jurnalın əsas hədəfi cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğidir. Daha çox qadınlara xitab edən “Bizim Ailə” jurnalında əsasən ailədaxili münasibətlərlə yanaşı qadınları maraqlandıracaq mövzular işlənməkdədir. Jurnalın hər sayında bir-birindən maraqlı mövzular ələ alınır. Köşə yazarları ana mövzulara fərqli aspektlərdən yanaşaraq mövzuları geniş işləyirlər. Bizim Ailə jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Nəşr həyatına 3 ayda bir periyodla başlayan jurnal hal-hazırda iki ayda bir nəşr olunmaqdadır.