ust_diller

All Language

Haqq Yolunda Bir Ömür

    Ali Çınar Ağabey herkesin bir ağabeyi ve muallimi idi. Herkes onda kendisinden bir parça bulurdu. O herkesin ruhuna dokunan, gönlüne bir yol bulan güzel bir insandı. Ashabın çağımızdaki iz düşümü idi adeta. Zamanımızın Yesevisi, Yunusu idi. Büyük bir sevda ile aşk yoluna çıkmış, yolları aşmış bir Hak yolcusu ve muhabbet eri idi. Giyimi, kuşamı, hayat tarzı ile sade bir insandı ama güzel bir duruşu vardı. Şöhret ve servet imtihanlarından hep imtina eder, kaçardı. Kitab Ali Çınar müəllimin vəfatından sonra hazırlanmışdır. Burada qələmə aldığı məqalələr, səhər inciləri və gönüldaşların onun haqqında yazdıqları xatirələr öz əksini tapmışdır.


Həyət
ISBN: 978-9952-46-208-1

  

Tariximizin Dahiləri

    Tarix mədəniyyətimizin xariqüladə inkişaf səhnələri ilə dolu-dur. İnancımızın həssas süzgəcindən keçərək bu günlərə gələn mədəniyyətimiz insanlığa bəxş etmiş olduğu bu yeniliklər və in-sanlığın xeyrinə ortaya qoyduğu baxış bucağı ilə zaman və məkan  müstəvisində  gerçəkləşmiş, bununla birlikdə ruh, qəlb, vicdan və ağılı, demək olar ki, yenidən şəkilləndirmişdir. Bu mükəmməl dəyişiklik və yeniliklərin gətirdiyi böyük müvəffəqiyyətlər adət-ənənə və mədəniyyətimizin birləşdirici və qucaqlayıcı yönü ilə böyük bir coğrafiyaya yayılmasına qapı açmışdır.


Həyət
ISBN: 978-9952-82-594-7

  

Dini Xitabət

    Din hadimi olan imamların günlük həyat ve çalışmaları zamanı onların masa üstü kitabıdır. Yeddi bölümden oluşan kitab, hitabət, dini hitab, dini vazife ve görevler, düyün, defn ve benzeri merasimlere hazırlık ve idare olunmasından behs olunur.


Hacı Arif Heydəroğlu

  

Hacı Zeynalabdin Tağıyev

    Vəqf; “İnsanların və məxluqatın faydalanmaları üçün bir malı Allahın mülkü hökmündə düşünərək əbədi olaraq alış, satış, girov, hədiyyə, vəsiyyət, miras kimi təmlik və təməllük ilə nəticələnəcək hər cür hüquqi hökmün xaricinə çıxararaq təsis edilməsidir.
    Vəqf müəssisələşmiş bir kömək anlayışını ifadə edər. Vəqf yaradandan ötəri yaradılana mərhəmət, şəfqət və sevginin müəssisələşdiyi yerdir”. İslam inancına görə “kainatda hər şey fani olub tək Allah Baqidir Mütləq hakim Odur Mülk Onundur.”
    Allah bütün varlığı əhatə etdiyi üçün Onu sevən yaratdıqlarını; insanları, heyvanları, bitkiləri hətta cansız varlıqları da sevər. Bu sevgi Allahın canlılara bağışladığı həyatı müqəddəs etmişdir. Bu da “əməldən sevgiyə qədər” bir çox şeydə fədakarlıq tələb edir.


Okan Yeşilot
ISBN: 978-9952-81-023-3

  

Siyər-i Nəbi

    Bütün məxluqаtın vаr оlmаsının səbəbi Məhəmmədin nuru оlduğu üçün Hz. Pеyğəmbəri (s.ə.s) və оnun “Həbibim” ilаhi xitаbınа nаil və lаyiq оlаcаq səviyyədə yаşаdığı müstəsnа, dəyərli həyаtını bu аciz sətirlər çərçivəsində hаqqı ilə ifаdə еtməк, əslində, mümкün dеyil. Аmmа оnun düzgün bаşа düşülməsi və аnlаdılmаsı üçün hər кəsin gücü çаtdığı qədər yоl qət еtməsinin, iş görməsinin sаysız-hеsаbsız fаydаlаrı vаr. Bаx, bunu nəzərə аlаrаq yаzа bildiкlərimizlə Hz. Pеyğəmbərin (s.ə.s) nümunəvi şəxsiyyətindən mümкün оlduğu səviyyədə -cüzi də оlsа- pаy аlmаq, fаydаlаnmаq, оnun əxlаqı ilə əxlаqlаnmаq bizim üçün ən böyüк şərəfdir. Peyğəmbərlər Tarixi Həzrəti Məhəmməd Mustafa adlı bu kitab Qurani-Kərim və Hədislərə görə hazırlanmışdır. Kitabın hazırlanmasında möhtərəm Osman Nuri TОPBАŞ “Kuran-ı Kerim Işığında Nebiler Silsilesi Hezret-i Muhammed Mustafa” I və II cildlərindən istifadə edilmişdir.


Heyət
ISBN: 978-9952-82-590-9

  

Quranımı Öyrənirəm

Qurani-Kərim Əlifbasını və təcvid qaydalarını öyrədən mükəmməl bir kitab.


Heyət
ISBN: 978-9952-81-114-8

  

Dinimi Öyrənirəm

    Vətənimiz bizim ən dəyərli nemətimizdir. İslam böyüklərindən biri demişdir ki: “Azad vətəndə yaşamaq Allahın ən böyük nemətlərindən biridir”. Atababalarımız uzun əsrlərdən bəri vətənimizi qoruyaraq bizə əmanət qoyub getmişlər. Millətimizin ümummilli lideri Heydər Əliyev “dinimiz milli-mənəvi sərvətimizdir” demişdir. Deməli bu əmanəti layiqli şəkildə öyrənmək, qorumaq və gələcək nəsillərə ötürmək qarşımızda ən şərəfli vəzifələrimizdən biri kimi durur. Əlinizdəki bu kitab sizlərə gözəl əxlaq, vətən sevgisi və iman duyğusu aşılamaq məqsədilə hazırlanmışdır.
    Sevgi ürəklərdə başlayır, sonra da davranışlarda özünü göstərir. Sevgilərin də ən böyüyü olan Allah sevgisi əvvəlcə qəlbimizdə yer tutur. Sonra isə bizi yaxşı insan olmağa, Allahın əmr və qadağalarını yerinə yetirməyə istiqamətləndirir.
    Etdiyimiz ibadətlər və gözəl davranışlar da daxilimizdəki sevgi və imanı artırır.


Heyət
ISBN: 978-9952-81-114-8

  

Sağlamlıq, Gigiyena və İlk Yardım

    Təmizlik  insan övladının fitri  xüsusiyyətidir. İnsan daim təmiz olmaq istəyir və təmiz qalmağa məcburdur. Ona görə ki, yalnız bu şəkildə insan rahat və sağlam ola bilər.
    Tarix boyu müxtəlif mədəniyyətlərə mənsub olan insanların təmizliklə bağlı müxtəlif  adət-ənənələri, vərdişləri olmuşdur. Düzünü desək, heç bir dində təmizlik məfhumu, sonuncu və ən müqəddəs din sayılan İslam dinində təbliğ olunan təmizlik anlayışıyla müqayisə ediləcək səviyyədə deyil. Təkcə bədənini deyil, evini, şəhərini və qəlbini də tərtəmiz saxlamağa çalışmaq, müsəlmanlar üçün vacib sayılan əməllərdəndir və müqəddəs bir ibadət hesab olunur.


Neslihan Nur Türk
ISBN: 978-9952-92-974-7

  

Fiqh Elmi

    Fiqh elmi üsul ve füru olmaqla iki qisimdir. Üsuli-fıqh, İslam hüququnun metodologiyası, yəni dini-əməli hökmlərin çıxarıldığı mənbələr, hökmlər, hökmlərin dəlillərdən çıxarılma qaydaları və ictihad olmaqla dörd qisim; fürui-fıqh isə, ibadətlər və müamilələr olmaqla iki qisimdir. Əsər on altı bölmədən ibarətdir:
    Birinci bölmədə fiqh elmi; İkinci bölmədə fiqh elminin təşəkkül tarixi; Üçüncü bölmədə fiqh üsulu və ictihad; Dördüncü bölmədə fiqhi hökmlərin mənbələri; Beşinci bölmədə mükəlləf və onun vəzifələri; Altıncı bölmədə təmizlik; Yeddi, səkkiz və doqquzuncu bölmələrdə namaz, namaz vaxtları, namazların qılınışı və namazla bağlı digər məsələlər; Onuncu bölmədə oruc; On birinci bölmədə zəkat və sədəqə; On ikinci bölmədə həcc və ümrə; On üçüncü bölmədə qurban; On dördüncü bölmədə İslam ailə hüququ; On beşinci bölmədə İslamda ticarət; On altıncı bölmədə halal və haramlar.


Anar Qurbanov
ISBN: 978-9952-44-965-5

  

  1. Page :
  2. |
  3. 1
  4. |
  5. 2
  6. |
  7. 3
  8. |
  9. 4
STATISTICS :    Total number of languages : 58    Total number of materials : 1.610    Total number of downloads : 2.343.457      ALL STATISTIC

Coded by ibbsoft