ust_diller

All Language

Peyğəmbərimizin (s.ə.s) İslamı Təbliğ Metodları

     Bəşəriyyət dərin bir axtarış və mənəvi boşluq içindədir. İnsan da bu burulğandan xilas olmaq istəyir. Bunun yolu vəhyə sarılmaqdır.
     Vəhyin son nüzulu isə İslamladır. İnsanın həm axtarış içində olması, həm də bu müdhiş telekommunikasiya dövründə İslam dinindən bixəbər qalması böyük bir talesizlik olardı. Yol İslama düşür və üstəlik çox dərin və böyük bir maraqla... ehtiyacla...
     Son illərdə dünyada İslam dini və müsəlmanlar üzərində oynanan planlı oyunlar hər kəsə məlumdur. Bu mənada islamofobiya, terror və radikal düşüncələr müəyyən qüvvələr tərəfindən İslamı zədələmək üçün məharətlə istifadə olunur.
     Bütün bunlara qarşı Azərbaycan Dövlətinin atdığı addımlar təqdirəlayiqdir. Düşünürəm ki, hər bir vətandaş bu işlərdə fəal olmalı, dövlətçilik ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmsı üçün çalışmalıdır.  


t.f.d Abbas Qurbanov
ISBN: 978-9952-82-975-4

  

Məhəbbətə Doğru 40 Addım

     Məhəbbət yolunda addımlayarkən önünüzə çıxan daşları görəcək və sevginizə nə olduğunu anlayacaqsınız. Hər ikiniz müəyyən addımlar atmalısınız. Bir addım sən, bir addım Şirin atsa, yol qət edə bilərik, amma mən istəmirəm belə edək. Çünki belə olanda qarşı tərəfdən nə isə gözləməyə başlayarsınız və beləliklə də bir-birinizin addımlarına baxarsınız. Nəticədə durğunluq yaranar. Burada əsas məsələ hər kəsin öz addımlarından məsul olması, yoldaşının addımlarını saymamasıdır.


Sema Maraşlı
ISBN: 978-9952-82-212-0

  

Haqqa Həsr Olunmuş Gənclik

     Əbədi səfərə hazırlıqdakı fürsətlər baxımından həyatın hər dövrü bir deyildir. Bu nun ən bərəkətli mövsümü və sanki bahar fəsli «gənclik»dir. Çünki gənclik çalışqanlıq, cəsarət, mətanət, həyəcan və qüvvət mövsümüdür. Bu səbəblə də insan ömrünün ən mühüm çağıdır. Gənclik sərvəti bir həyat dəfinəsidir. Gənc liyini nəfsani arzular, boş sevdalar və çıxışı olmayan dalanlarda keçirənlər qocalıqlarını hüznlənərək keçirərlər. Bu kitab elm, irfan və təcrübə ilə əldə edilə bilən bəzi nəsihətləri dinləmə ehtiyacı olan gənclərə kömək etmək məqsədilə qələmə alınmışdır.


Osman Nuri Topbaş
ISBN: 978-9952-46-205-0

  

Fəzilətlər Mədəniyyəti - 1

     İnsan oğlu şəxsiyyət və xarakterə heyrandır. İnsan heyran olduğu adamı təqlid edər. Deyə bilərik ki, insanoğlunun şəxsiyyət inşasında, heyranlıq dərəcəsində məhəbbət duyduğu kəslərin müstəsna bir yeri vardır. Bu baxımdan insanoğlu daim incə ruhlu, zərif qəlbli rəhbərlərə möhtacdır. Rəbbimizin insanlığa hidayət rəhbəri və nümunə şəxsiyyət olaraq lütf etdiyi Peyğəmbərlər, Haqq dostu alimər və ariflər də ömürləri boyunca ixlas dolu fəzilət tabloları sərgiləmişlər. Bəşəriyyətə heç bir zaman unudulmayan xatirələr ərməğan etmişlər, beləliklə də “Fəzilətlər mədəniyyəti” meydana gətirmişlər.


Osman Nuri Topbaş
ISBN: 978-9952-44-902-0

  

Fəzilətlər Mədəniyyəti - 2

     Həzrət Əli -radiyallahu anh- insanın bu imtahan aləmindəki qafilliyi və nadanlığı haqqında belə deyir: “Fəzilətə ucalmaq çətin, rəzalətə alçalmaq asandır.” İnsan isə daim mənəvi tərbiyəyə möhtacdır. Kitabda bu şüur və həssaslıq içində onun bəşəriyyətə dünyəvi və üxrəvi qazanc gətirən xidmətləri və dünyanı cənnət halına gətirəcək davranışları əsasında ortaya qoyduğu prinsipləri anladılır. Bu prinsiplər daxilində Allah Rəsulunun mənəvi tərbiyəsində böyüyən əshabın, Haqq dostlarının və onların yolunu davam etdirən fəzilətli şəxsiyyətlərin ibrət və hikmət dolu hallarından misallar verilir.


Osman Nuri Topbaş
ISBN: 978-9952-81-365-4

  

Təsəvvüf Tarixi

     Təsəvvüf İslam həyatının və mədəniyyətimizin bir parçasıdır. Ortaya çıxışından bəri hər zaman maraq mərkəzində olmuşdur. Bu gün də istər düşüncə sistemi olaraq, istərsə də həyat tərzi və tərbiyə üsulu olaraq həm maraq çəkməkdə, həm də müxtəlif mübahisələrə mövzu edilməkdədir. Xüsusilə Qərbdə, Amerikada təsəvvüfün həm təriqətlərdəki tərbiyə metodu, həm də düşüncə planındakı üslubu maraq dairəsindədir.


Həyət
ISBN: 978-9952-81-219-0

  

ƏN GÖZƏL İNSAN Üsvəyi-Həsənə - 1

     Allah Rəsulunu həyatı qiyamətə qədər gələcək bütün nəsillərə nümunədir. Rəsulullahın həyatı və şəxsiyyəti bəşəri davranışlar mənzuməsinin zirvəsini təşkil edir. O, irşad vəzifəsini cəmiyyət içində şəxsən özü nümunə olaraq kamala çatdıran zirvə bir peyğəmbər və misli görünməyən bir liderdir. Allah-Təala o mübarək varlığı “Üsveyi-Həsənə/Ən Gözəl Nümunə” olaraq bəşəriyyətə təqdim edir. Bu kitabda Allah Rəsulunun qulluqda, əxlaqda və ədəbdə sərgilədiyi gözəl nümunələr verilmişdir.


Prof. Dr. Ömər Çelik
Dr. Mustafa Öztürk
Dr. Murat Kaya
ISBN: 978-9952-81-219-0

  

ƏN GÖZƏL İNSAN Üsvəyi-Həsənə - 2

     Allah Rəsulunu həyatı qiyamətə qədər gələcək bütün nəsillərə nümunədir. Rəsulullahın həyatı və şəxsiyyəti bəşəri davranışlar mənzuməsinin zirvəsini təşkil edir. O, irşad vəzifəsini cəmiyyət içində şəxsən özü nümunə olaraq kamala çatdıran zirvə bir peyğəmbər və misli görünməyən bir liderdir. Allah-Təala o mübarək varlığı “Üsveyi-Həsənə/Ən Gözəl Nümunə” olaraq bəşəriyyətə təqdim edir. Bu kitabda Allah Rəsulunun təbliğdə, tərbiyədə və davranışda sərgilədiyi gözəl nümunələr verilmişdir.


Prof. Dr. Ömər Çelik
Dr. Mustafa Öztürk
Dr. Murat Kaya
ISBN: 978-9952-81-217-6

  

İslam Əxlaqı

     Ən son din olan islamın bizə bəxş etdiyi və Həzrət Peyğəmbərin əshabının da xüsusilə həyatlarına tətbiq etdiyi İslam əxlaqı, insanoğlunun, ən yuksək əxlaqi səviyyəsini tanımasına və onu kifayət qədər yaşama arzusuna ən mükəmməl cavabı verir. Bu reallığı ifadə etmək üçün hörmətli heyət tərəfindən qələmə alınan bu əsər, “İslam Əxlaqı” konseptinin təməl məsələlərini qayğı ilə izah etməyə çalışır. Əxlaq mövzusunda ümumilikdə, yəni keçmişdən bu günə qədər olan müxtəlif əxlaq fəlsəfələrini də konkret izah etməyə çalışan bu əsər, istər mövzuların əhatəli izahı baxımından, istərsə də axıcı üslubu baxımından hər kəsin istifadə edə biləcəyi bir qaynaqdır.


Heyət
ISBN: 978-9952-81-028-8

  

  1. Page :
  2. |
  3. 1
  4. |
  5. 2
  6. |
  7. 3
STATISTICS :    Total number of languages : 57    Total number of materials : 1.385    Total number of downloads : 1.590.723      ALL STATISTIC